• 25 Aprel 2024
logo
Son sutkada neçə nəfər koronaya yoluxub?

Son sutkada neçə nəfər koronaya yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Baymedia.az-a verilən məlumata görə, xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 444 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 348, bu günə qədər isə ümumilikdə 7 391 267 test icra olunub.