• 4 Fevral 2023
logo
Sürücülərin nəzərinə - Yollar buz bağlayacaq

Sürücülərin nəzərinə - Yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər və Yardımlı rayonlarına qar yağır.

Xidmətdən Baymedia.az-a verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.