• 5 Fevral 2023
logo
QT Reyestrindən çıxarış üçün 150 manat ödəniləcək

QT Reyestrindən çıxarış üçün 150 manat ödəniləcək

Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək.

Baymedia.az xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliklə qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat dövlət rüsumu ödəniləcək.