• 29 Mart 2024
logo
Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Baymedia.az-a bildirilib ki, havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.