• 26 Aprel 2024
logo
Müavinət və təqaüd alanlara şad xəbər!

Müavinət və təqaüd alanlara şad xəbər!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sentyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödəyib.

Nazirlikdən Baymedia.az-a verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə sentyabr ayının sosial ödənişləri bu gün yekunlaşıb.