• 19 Aprel 2024
logo
Şuşaya ilk olaraq bu şəxslər köçürüləcək - İcra başçısı

Şuşaya ilk olaraq bu şəxslər köçürüləcək - İcra başçısı

Artıq Şuşada yaşayış binasının tikintisinə başlanıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur.
Baymedia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.
O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir.
“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, - icra başçısı qeyd edib.
O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək.