• 1 Dekabr 2022
logo
Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Baymedia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 820 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 323 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 484, bu günə qədər isə ümumilikdə 7 236 764 test icra olunub.