• 29 Mart 2024
logo
20 Yanvar faciəsi ilə bağlı təhrifə yol verilən dərsliyin səhifəsi yenilənəcək

20 Yanvar faciəsi ilə bağlı təhrifə yol verilən dərsliyin səhifəsi yenilənəcək

Təhsil Nazirliyi orta məktəblərin rus bölməsi üçün yazılmış 4-cü sinif "Rus dili" dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrifə yol verilməsi məsələsinə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır.
Bildirilib ki, sözügedən dərsliklərin istifadə müddəti 2022/2023-cü tədris ilində bitəcək.
"Həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək. Müvafiq düzəliş www.trims.edu.az-da edilib", - qeyd olunub.
Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyatından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdə ekspertizadan keçir. Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir. Ümumi təhsil müəssisələrinin tədrisi rus dilində aparılan 4-cü sinifləri üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.