• 20 Aprel 2024
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 530 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 406, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 19 113 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 863, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 852 512 təşkil edir.