• 27 Yanvar 2022
logo
Küveytdə həmvətənimizin rəhbəri olduğu sinif rəqs müsabiqənin qalibi olub

Küveytdə həmvətənimizin rəhbəri olduğu sinif rəqs müsabiqənin qalibi olub

Noyabr ayının 25-də Küveyt Dövlətinin “American Baccalaureate School”da Beynəlxalq Xalqlar Günü münasibətilə bayram tədbiri keçirilib. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə təşkil edilən bayram tədbirində milli geyimlərimiz, uşaqların Azərbaycanla bağlı əl işləri, qədim adət-ənənələrimizə aid şəkillər, jurnallar nümayiş olunub.
Tədbirdə ölkəmizi məktəbin İngilis dili müəlliməsi, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvü Nüşabə Lətifova təmsil edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra tədbir iştirakçılarına noyabr ayının Zəfər ayı olması, Azərbaycan ordusunun gücü, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağın erməni işğalından azad etdilməsi haqqında danışılıb. Dəmir Yumruq əməliyyatında şəhidlərimizin və qazilərimizin rolu xüsusi vurğulanıb.
Sonda Beynəlxalq Xalqlar Günü münasibətilə məktəblərarası keçirilən rəqs müsabiqənin qalibləri elan olunub. Həmvətənimiz Nüşabə Lətifovanın rəhbəri olduğu sinif müsabiqənin qalibi seçilib. Qaliblərə sertifikatlar təqdim edilib. Təqdimatdan sonra şagirdlərlə bilikdə Nüşəbə müəllimə bu şüarları səsləndiriblər: “Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”