• 28 Noyabr 2021
logo
Agentlik: Stomatoloji xidmət icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil

Agentlik: Stomatoloji xidmət icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil

“Stomatoloji tibbi xidmət icbari tibbi sığorta zərfindəki xidmətlər siyahısına salınmayıb”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, xidmətlər siyahısına 2550 sayda tibbi xidmət daxil edilsə də, stomatoloji xidmətlər bura daxil deyil.

İcbari tibbi sığortada həkim seçiminə gəldikdə isə, departament müdiri qeyd edib ki, hər bir xəstə icbari tibbi sığortanın əhatə dairəsində olan tibb müəssisələrindəki həkimləri öz arzu və istəyi ilə seçə bilər: “İcbari tibbi sığorta üzrə xidmətlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində göstərilir. Əgər hər hansı tibbi xidmətə ehtiyac olarsa, lakin TƏBİB-in tabeliyindəki tibb müəssisələrində bu xidməti göstərmək mümkün olmazsa, bu zaman vətəndaşa göndəriş vərəqəsi verilir. Göndəriş vərəqəsi də TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin həkimləri tərəfindən verilə bilər”.