Fermentləşdirilmiş qidalar bağırsaq sağlamlığı üçün yaxşıdır, çünki həzm üçün faydalı probiotiklər istehsal edir.
Baymedia.az Medianews.az-a istinadən xəbər verir ki, bunu qastroenteroloq Uill Bulseviç deyib.
O bildirib ki, mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmaq üçün ən yaxşı məhsul duzlu kələmdir:
“Duzlu kələm həzmi yaxşılaşdıran, sağlam bağırsaq mikroflorasını dəstəkləyən və nəticədə immunitet sistemini gücləndirən antioksidantlar, C vitamini, lif və probiotiklərlə zəngindir”.