• 13 Noyabr 2024
logo
Bu universitetlər publik hüquqi şəxsə çevrilir - Qərar

Bu universitetlər publik hüquqi şəxsə çevrilir - Qərar

Azərbaycanda dörd universitet publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

Baymedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərarlarla Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.