• 12 İyul 2024
logo
Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı

İyunun 24-ü saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Baymedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 23-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub.

Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında 35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.