• 27 İyul 2024
logo
Faktiki hava: Naxçıvana dolu düşdü

Faktiki hava: Naxçıvana dolu düşdü

14:12

Qərb bölgələri üçün mayın 25-də gözlənilən küləkli hava şəraiti haqqında narıncı, digər bölgələr üçün isə orta riskli sarı xəbərdarlıq verilib.

Bu barədə Baymedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə-Qazax bölgəsində narıncı, Daşkəsən-Gədəbəy, Qarabağ, Balakən-Şəki, Mərkəzi-Aran, Naxçıvan MR-da isə sarı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 13:00-a olan məlumatına əsasən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq Gəncə-Qazax bölgəsində güclü külək əsir. Küləyin maksimal sürəti 25-30 m/s təşkil edir. Naxçıvan, Şəmkir, Tovuz və Naftalanda isə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 18-20 m/s-dək güclənib.

***

Mayın 25-i saat 18:00-a olan məlumata əsasən öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvanda saat 16:10-16:15 radələrində diametri 1 mm olan dolu düşüb.

Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək.