• 16 İyun 2024
logo
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək

Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometereologiya Xidmətindən Baymedia.az-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.