• 29 Aprel 2024
logo
Azərbaycanda istilik mövsümü başa çatır - BU TARİXDƏ

Azərbaycanda istilik mövsümü başa çatır - BU TARİXDƏ

Gələn həftə Azərbaycanda istilik mövsümü bitəcək.

Baymedia.az xəbər verir ki, hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır.

Qeyd edək ki, noyabrın 15-dən Azərbaycanda növbəti istilik mövsümünə start verilmişdi. 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənmişdi.