• 19 May 2024
logo
Küləkli hava bu tarixədək davam edəcək

Küləkli hava bu tarixədək davam edəcək

Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Arabir güclənən şimal-qərb küləyi əsir.

Baymedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.

Məlumata görə, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.