Güclü külək Bakının Səbail rayonunun Əli Nəzmi küçəsi 2q ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damını uçurub.
Baymedia.az Report-a istinadən xəbər verir ki, uçmuş dam evin içərisinə tökülüb.
Nəticədə iki nəfər - 22 yaşlı Murad İlham oğlu Əmiraslanov və 52 yaşlı Gülbəniz Ərərstun qızı Həsənova xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.