• 16 Yanvar 2025
logo
Bakıda küləyin maksimal sürəti... - Faktiki hava

Bakıda küləyin maksimal sürəti... - Faktiki hava

08:50

Aprelin 4-ü saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.

Baymedia.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Gəncə və Şəmkirdə, 20 m/s, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır.

***

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı hazırki vəziyyəti şərh edib.

“Ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir. Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir.

Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”.

***

Saat 12:00-a olan məlumatına əsasən hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur, küləyin maksimal sürəti 30 m/s-dir.

bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, səhər saatlarından başlayaraq bölgələrdə müşahidə olunan güclü şimal-qərb küləyi artıq qərb rayonlarında nisbətən zəifləyib:

"Belə ki, hazırda küləyin maksimal sürəti Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevir, Yevlax, Tərtərdə 22 m/s, Şabran, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Ağdam, Xaçmazda 16 m/s-dir".