• 20 Yanvar 2025
logo
Evi qəzalı hala düşən ailə üçün çadırlar quruldu - Video

Evi qəzalı hala düşən ailə üçün çadırlar quruldu - Video

Fövqəladə Hallar Nazirliyinə Yardımlı rayonu, Vərgədüz kənd sakini Məmiyeva Validə Əşrəf qızına məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

FHN-dən Baymedia.az-a verilən məlumata görə, Bununla əlaqədar nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə ailə üzvlərinin sayı nəzərə alınaraq 2 ədəd çadır ev qurularaq vətəndaşa təhvil verilib.