• 27 Aprel 2024
logo
Meteohəssas insanların nəzərinə...

Meteohəssas insanların nəzərinə...

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Qeyd edilib ki, martın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü fonunda səhər arabir güclənən gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.