• 27 İyul 2024
logo
“Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə uğurla yekunlaşıb

“Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə uğurla yekunlaşıb

Təşkilatdan verilən məlumata görə, layihənin məqsədi məktəbliləri yeniyetmə ikən Vətənin təbliği və milli maraqların müdafiəsi üçün ictimai fəaliyyətə yönləndirməkdir. Layihə çərçivəsində şəhid və qazilərin vətənpərvərliyindən və qəhrəmanlıqlarından bəhs edən 26 yazı iki mötəbər saytda və başqa KİV orqanlarında yayımlanıb. Bakının Nizami rayonunda yerləşən 12 saylı məktəbdə və Qax Peşə Liseyində peşəkar hərbçilərin iştirakı ilə tələbə və şagirdlərə hərbi vətənpərvərlik və azərbaycançılıq ideologiyası mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.
Təşkilat rəhbərliyinin qərarına əsasən qədim tarix və mədəniyyətimiz, dövlətçilik ənənələrimiz üzərində formalaşan dəyərlərin qorunmasına dəstək vermək, gənc nəslə Azərbaycançılıq ideologiyasını təbliğ etməklə vətənpərvərlik hissini yüksəltməyin vacibatlığını nəzərə alaraq layihənin davamlılığı saxlanacaqdır.
Keçirilən tədbirlərdə mövzu ilə bağlı mövcud problemlər və hərbi vətənpərvərlik hissinin aşılanmasında sistemli yanaşma ortaya qoyulmuş, gənclərə yad ideologiyaların mənfi tərəfləri barəsində peşəkar hərbçilər tərəfindən geniş məlumat verilmişdir. Tədbirlərdə könüllü şagirdlərdən ibarət “Azərbaycançılıq qrupu” yaradılmıdır. Həmin qrupların təşkilatın dəstəyi ilə əhəmiyyətli tədbir və konfranslarda iştirakı nəzərdə tutulub..
Layihə çərçivəsində yayımlanan yazılarda oxuculara azərbaycançılıq ideologiyası, eləcə də vətənpərvərlik hissi aşılanmış, görülən işlər mətbuatda geniş işıqlandırılmışdr.
4 aylıq layihə uğurla yekunlaşmış, gözlənilən nəticələr əldə edilmişdir.
Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.