• 29 Mart 2024
logo
Sən Vətənə bənzəyirsən

Sən Vətənə bənzəyirsən

“DSD” İB-nin yeni layihə çərçivəsində nəşrə hazırladığı kitab belə adlanır

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində yeni kitab nəşrə hazırlayır.

Kitabda Azərbaycanın tanınmış qələm adamlarının vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb. Şeirlərin məzmununun, ideyasının gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu ola bilər.

Layihənin rəhbəri tanınmış qələm adamı, “DSD“ İB-nin sədri, AXDG QSC XDND-nin gəmi kapitanı Faiq Səfərovdur.

Kitabın tərtibçiləri Faiq Balabəyli, Kəmalə Səfərli, Vasif Süleyman, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.

Onu da qeyd edək ki, kitabın məzmununda əks olunan fikir və mülahizələr müəlliflərə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.

Tural Balabəyli
“DSD”İB -nin layihə üzrə Analitik-İnformasiya Bölümünün rəhbəri