• 2 Dekabr 2022
logo
“Uşaqlarda ətraf mühitə sevgi erkən yaşlardan aşılanmalıdır”

“Uşaqlarda ətraf mühitə sevgi erkən yaşlardan aşılanmalıdır” - QHT layihənin icrasına başladı

“Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb. Bu barədə Baymedia.az-a ictimai birliyin sədri Elman Cəfərli məlumat verib.

“Son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, sel və daşqınlar, torpaq sürüşmələri ciddi narahatlıq yaradıb. Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür.

Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in, gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür”-deyə, Elman Cəfərli bildirib.

QHT sədrinin sözlərinə görə, ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir.

“İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər. Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır”-E.Cəfərli belə deyib.

QHT sədrinin sözlərinə görə, layihənin əsas məqsədi gənc nəsildə ekoloji şüurun formalaşdırılmasına və ətraf mühitə sevgi hisslərinin aşılanmasına dəstək verməkdən ibarətdir.

E.Cəfərli deyib ki, layihə mediada və sosial şəbəkələrdə geniş işıqlandırılacaq, qeyd olunan problemlər və onların həlli yolları, bu işdə hər bir vətəndaşın rolu haqda mütamadi yazılar dərc olunacaq, internet televiziyalarında videomüsahibələr hazırlanacaq.

Sosial şəbəkədə xüsusi səhifə və qruplar vasitəsilə bu mövzuların müzakirəsi təmin olunacaq. Uşaq və gənclərdə ekoloji tərbiyəni formalaşmasına dəstək olaraq video-kitab mobil tətbiqi yaradılacaq.

Qeyd edək ki, layihə çərçivəsində Bakı, Şirvan şəhərləri və Xaçmaz rayonlarının təhsil müəsisələrində maarifləndirmə məqsədilə tərdbirlər keçiriləcək,