Hesablama Palatası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində audit aparıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, hazırda kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı audit qrupu tərəfindən hesabat tərtib edilir.
Audit 2020-2021-ci illəri əhatə edib.