• 23 İyun 2024
logo
Lənkəran və Astarada “Ekoturizm məktəbi” təşkil edilib

Lənkəran və Astarada “Ekoturizm məktəbi” təşkil edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsində “Turizm yönümlü icma quruculuğu” layihəsi ilə qalib olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən layihədə nəzərdə tutulmuş ilk tədbiri 09 iyun tarixində Astara və Lənkəran rayonlarında həyata keçirildi.

Əsas məqsədi turizmin ətraf aləmi dağıtmasının, ekologiyaya zərər verməsinin qarşısını almaq və icma yönümlü turizmi inkişaf etdirmək olan layihədə insanlara təbiətə qayğı ilə sayahət etmək, ekoloji sistemin qorunmasında və zərərin azaldılmasında insaların rolunu artırmaq, davamlı turizmə dəstək, icma şəklində fəaliyyət göstərməyin əhəmiyyəti və qaydalarının öyrədilməsi məqsədi ilə “Ekoturizm məktəbi” təşkil edildi.

Tədbirin ecazkar təbiəti olan Astara və Lənkəran rayonlarına səyahət edərək əyani şəkildə keçirilməsi iştirakçıların mövzuya daha dərindən hakim olmasına səbəb oldu.

Layihənin rəhbəri Nərminə Qəribova və eksperti Azərbaycan Milli Elmlər Akademiyasının dosenti ekoloq Arzu Mustafayev mövzunun yüksək maraqla qarşılandığı və bu cür maariflındirmə işinin daha geniş kütlə ilə keçirilməsinin zəruri olduğunu bildirdilər.

Layihənin işçi qrupu və iştirakçıları layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildirdilər.

Lənkəran və Astarada Lənkəran və Astarada Lənkəran və Astarada Lənkəran və Astarada Lənkəran və Astarada Lənkəran və Astarada Lənkəran və Astarada Lənkəran və Astarada Lənkəran və Astarada