• 9 Sentyabr 2024
logo
ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi müqəddəs Ramazan ayının başlanması münasibətilə Azərbaycan vətəndaşlarını təbrik edib.

Baymedia.az xəbər verir ki, səfirin təbriki diplomatik nümayəndəliyin X sosial şəbəkəsindəki hesabında dərc olunub.

“Azərbaycanda müqəddəs Ramazan ayını qeyd edən hər kəsə sevinc, əmin-amanlıq və bərəkət arzulayıram”, - paylaşımda qeyd edilib.