• 27 İyul 2024
logo
Beynəlxalq sistem çökür - XİN rəhbəri

Beynəlxalq sistem çökür - XİN rəhbəri

Regional əməkdaşlığa indi daha çox ehtiyac var.

Baymedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür:

"Regional əməkdaşlığa indi daha çox ehtiyac var. Çünki beynəlxalq sistem çökür. Bu baxımdan deyə bilərik ki, TDT xüsusi əhəmiyyətə malik təşkilatdır”.