• 23 Aprel 2024
logo
İrəvan Bakıya dəhliz verməyə razı deyil - Rubinyan

İrəvan Bakıya dəhliz verməyə razı deyil - Rubinyan

Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb.

Baymedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumunda deyib.

“Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdə davam edir. Ermənistanda Zəngəzur yoxdur. Ermənistan heç vaxt Azərbaycanın öz ərazisindəki hər hansı dəhlizə çıxışına razı olmayıb. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü əsasında Cənubi Qafqazın kommunikasiyasını açmaq istəyirik”, - Rubinyan bildirib.