• 23 Aprel 2024
logo
Bayramov Türkiyədə özbəkistanlı həmkarı ilə görüşdü

Bayramov Türkiyədə özbəkistanlı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə özbəkistanlı həmkarı Bəxtiyar Səidovla görüşüb.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı əməkdaşlıq barədə danışıb, regional vəziyyət sahələrində geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin COP29-a hazırlıq barədə danışıblar.