• 24 May 2024
logo
Ermənistan Almaniyanın səylərinə hörmətsizlik edib

Ermənistan Almaniyanın səylərinə hörmətsizlik edib

Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən “Azərbaycan müharibəyə hazırlaşır” kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir.

Baymedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın “Frans 24” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhdə bildirilib.

"Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - məlumatda deyilir.