• 16 İyul 2019
logo
add image
“Bu prezidentin fərmanının icrası deyil”

“Bu prezidentin fərmanının icrası deyil”

Qüdrət Həsənquliyev: “Yeni kommersiya məhkəməsi prezidentin fərmanının 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələri həll eləmir”
“Hörmətli Əli Hüseynli qeyd etdi ki, qanunvericiliyə etdiyimiz dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin fərmanında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədardır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəişikliyin müzakirəsi zamanı fikirlərini bölüşərkən deyib: “Həmin fərmanın 3.1-ci maddəsində deyilir: “Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə - yəni yeni məhkəmə bunları həll eləməlidir - habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması”. Artıq cəmiyyətə də bu barədə məlumat verilib ki, yeni kommersiya məhkəməsi yaradılır və yeni kommersiya məhkəməsi isə prezidentin fərmanının 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələri həll eləmir. Yəni faktiki surətdə bu prezidentin fərmanının icrası deyil. Əslində nə baş verir? Azərbaycan Respublikası prezidentinin 17 iyun 1999-cu ildə yerli iqtisad məhkəmələrinin yaradılması haqqında fərmanı oldu, 17 iyul 2000-ci ildə isə iqtisad məhkəmələri inzibati iqtisad məhkəmələrinə çevrildi. Yəni inzibati məhkəmələrlə iqtisad məhkəmələri birləşdirildi. İndi faktiki surətdə biz bunları ayırırıq, baş verən real məsələ əslində budur. İqtisad məkəməsinin də adını dəyişib kommersiya məhkəməsi qoyuruq. Amma mahiyyət etibarilə ciddi dəyişikilik baş vermir. Əslində fərman ona görə imzalanmışdı və birbaşa qeyd olunurdu ki, yeni yaradılan bu ixtisaslaşmış məhkəmə, gömrük, vergi və məcburi dövlət sığortası ilə bağlı mübahisələri həll eləmiş olsun. 2009-cu il noyabrın 8-də qəbul olunan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2-ci maddəsi “Məhkəmə aidiyyəti” adlanır. Onun 2-2.1-ci maddəsində qeyd olunur ki, “şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul olunmuş inzibati aktın mübahisələndirilməsinə dair iddialara baxır”. Yəni inzibati məhkəmələr belə iddialara baxır. Onsuz da inzibati məhkəmə var idi, gömrük və vergi məsələlərinə yenə də inzibati məhkəmələr baxacaq. Yeni yaradılan məhkəmələr bunlara baxmır”.
Millət vəkili əlavə edib ki, Mülki Prosessual Məcəllənin 26.1 və 26.2-ci maddələrinə eyni vaxtda dəyişiklik edilir: “Əli Hüseynlinin sözlərinə görə, tutaq ki, yeni yaradılacaq kommersiya məhkəməsi həm də məcəllənin 40-2-ci fəslində ölkədən çıxışla bağlı müvafiq dövlət orqanının qəbul elədiyi məhdudlaşdırıcı qərarlara baxır. Yəni o da hansısa bir orqanın inzibati aktıdır. Əgər hansısa dövlət orqanının inzibati aktından verilmiş şikayətə kommersiya məhkəməsi baxa bilərsə onda prezidentin fərmanına da əməl edək, vergi, gömrük və məcburi dövlət sosial sığortasına da həmin kommersiya məhkəmələri baxsın. Bundan başqa “Məhkəmələr və hakimlər haqqında qanun”un 46-1-ci maddəsinə dəyişiklik edirik. Burada qeyd olunur ki, kommersiya məhkəməsi 1-ci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Amma bu kommersiya mübahisələrinin dairəsi müəyyənləşmir. Biz kommersiya mübahisələri deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyənləşdirməliyik. Amma Mülki Prosessual Məcəllədə - yəni bu taftalogiyadır, sözlərin dəyişdirilməsi - yazır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə, mötərizədə qeyd olunur – “kommersiya mübahisələrinə dair” işlərə baxır. Yəni yenə də başa düşülmür ki, sahibkarlıq fəaliyyəti nədir, hansı mübahisələrdən söhbət gedir? Yaxud 46-1-ci maddənin 2-ci hissəsində qeyd olunur ki, kommersiya məhkəmələri məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir, ümumiləşdirir. Bilirsiniz, həm cənab prezidentin fərmanında nəzərdə tutulub ki, bu birbaşa Ali Məhkəmənin səlahiyyətinə aid olan məsələdir, həm də Konstitusiyada birbaşa yazılıb ki, məhkəmə təcrübəsini Azərbaycan Respublikasının Ali Məhkəməsi ümümiləşdirir. Yəni bu konstitusion müddəadır. Bu baxımdan da kommersiya məhkəmələrinin bu cür məhkəmə təcrübəsini öyrənib, ümumiləşdirməsini onun səlahiyyətinə aid etmək ümumiyyətlə yolverilməzdir. Düşünrəm ki, birbaşa cənab prezidentin fərmanında qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün, həm də fərmanda göstərilən 3.1-ci maddədə qeyd olunduğu kimi, yeni yaradılacaq kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı bütün mübahisələrə baxmalıdır. Burada həm də müraciətin asanlaşdırılması qeyd olunur. Müraciətin asanlaşdırılması o deməkdir ki, sahibkar 1 ünvan tanımalıdır. Amma indi na baş verdi? Əvəllər sahibkarlar bəzi mübahisələr üzrə ümumi məhkəmələrə və inzibati iqtisad məhkəmələrinə müraciət edirdi. İndi bu məhkəmələrin sayı artıq 3 oldu. Demək sahibkarlar həm ümumi məhkəmələrə, həm inzibati məhkəmələrə, həm də kommersiya məhkəmlərinə müraciət edəcəklər. Daha burada asanlaşdırmadan söhbət getmədi ki, əslində sahbikarların üz tutacağı ünvanların sayını 2-dən 3-ə qaldırdıq. Ona görə də mən düşünürəm ki, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün mübahisələrə yeni yaradılan kommersiya məhkəmələrində baxılmalıdır. Burada Tahir Kərimli qeyd elədi, onun adı elə əvvəlki kimi iqtisad məhkəmələri də qala bilər. Yeni adla yeni məhkəmə yaradırıqsa, kommersiya məhkəməsi də adlana bilər, yəni ad çox məsələni həll eləmir. Amma bir daha vurğulamaq istəyirəm ki, prezidentin birbaşa göstərişi olduğu halda yenə də yeni yaradılan məhkəmələrə gömrük, vergi və məcburi dövlət sosial sığorta ilə bağlı mübahisələrin səlahiyyətinin verilməməsini doğru hesab eləmirəm. Ona görə də xahiş edirəm ki, ikinci oxunuşa qədər bu məsələlər nəzərə alınsın”.
Əli