• 2 İyul 2025
logo
Deputatlar təmsil etdikləri bölgələrdə xüsusi karantin rejiminin tətbiqindən danışdılar

Deputatlar təmsil etdikləri bölgələrdə xüsusi karantin rejiminin tətbiqindən danışdılar

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədi ilə paytaxtla yanaşı, regionlarda da qabaqlayıcı tədbirlər, maarifləndirmə işi aparılır.

Bu tədbirlər ölkənin bütün şəhər və rayon və şəhərlərini əhatə edir və koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

“Report” məsələnin aktuallığını nəzərə alaraq regionlardakı vəziyyətlə tanış olmaq üçün Milli Məclisin deputatlarına müraciət edib.

47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə “Report”a bildirib ki, təmsil etdiyi bölgənin rəhbərləri, ziyalıları və sakinləri ilə mütəmadi olaraq əlaqə saxlayır:

“Mingəçevirdə xüsusi karantin rejiminin qaydalarına yüksək səviyyədə əməl edilməsinə çalışılır. Şəhər ərazisində polis patrulu xidməti fəaliyyət göstərir. Onlar 65 yaşdan yuxarı insanlar arasında maarifləndirmə işləri aparır və evdə qalmalarını tövsiyə edirlər. Eyni zamanda insanların bir yerə toplaşması, ehtiyac olmadan çölə çıxmasına qarşı Mingəçevir Şəhər İcra Hakimiyyəti, müvafiq təşkilatlar tərəfindən xüsusi təbliğat işi aparılır. Ərzaq, səhiyyə və apteklərdən başqa digər obyektlərin fəaliyyəti dayandırılıb və bunu ciddi şəkildə nəzarət olunur. Bundan əlavə, icra başçısı şəhəri gəzərək xüsusi karantin rejiminə əməl olunmasını yerində araşdırır. Şəhər ərazisində tək yaşayan və qayğıya ehtiyacı olan insanların siyahısı tutulub. Onlara ərzaq və tibbi ləvazimatların alınması təşkil edilir. Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının gəncləri könüllü surətdə tənha yaşayan insanlara ərzaq və dərman vasitələrinin alınıb verilməsi prosesində yaxından iştirak edirlər. Ümumən götürdükdə Mingəçevirdə xüsusi karantin rejiminə əməl edilməsinə çalışılır”.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyev isə “Report”a deyib ki, Gəncə Şəhər İcra Hakimiyyətində koronavirusla mübarizə çərçivəsində operativ qərargah və “Qaynar xətt” yaradılıb: