• 27 İyul 2024
logo
Blinken Bayramov və Mirzoyanı gözləyir - Obrayen

Blinken Bayramov və Mirzoyanı gözləyir - Obrayen

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen dövlət katibi Entoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib.

O bildirib ki, Bakıda müsbət və konstruktiv görüşlər oldu.

"Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və dövlət katibi Blinken sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - o qeyd edib.