• 27 İyul 2024
logo
44 günlük savaş Tehranı buna məcbur etdi - Beqlaryan

44 günlük savaş Tehranı buna məcbur etdi - Beqlaryan

44 günlük müharibədən sonra Ermənistan-İran münasibətləri keyfiyyətcə dəyişib. Tehran üçün Ermənistanın İranla əlaqələrin gələcəyini necə gördüyünü, regional təhlükəsizlik məsələlərində İranın rolunu necə qəbul etdiyini bilmək son dərəcə vacibdir.

Baymedia.az xəbər verir ki, bunu İran parlamentinin erməni deputatı Robert Beqlaryan deyib.

Onun sözlərinə görə, müharibədən sonra regional tarazlığın dəyişməsi və yeni çağırışların yaranması İrəvan və Tehranı əlaqələri, o cümlədən təhlükəsizlik sahəsində genişləndirməyə məcbur etdi:

“İran üçüncü qüvvələrin və oyunçuların regional məsələlərə qarışmasından çox ehtiyatlanır və bunu özü üçün çağırış hesab edir. Tehran regional məsələlərin regional qüvvələr tərəfindən həll edilməli olduğuna əmindir”.