• 15 İyul 2025
logo
Əliyev bayrağı qaldırdı, Qarabağ qapandı - Surenyants

Əliyev bayrağı qaldırdı, Qarabağ qapandı - Surenyants

Erməni politoloq Suren Surenyants oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət bayrağını Xankəndi şəhərində qaldırması fotosunu paylaşıb.

Baymedia.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

Surenyants Qarabağ məsələsinin Ermənistan üçün qapandığını bildirib:

“Bu şəkil Qarabağ münaqişəsi səhifəsini bağlayan “artsax”ın sonudur. Və heç kim xalqı aldatmağa çalışmasın ki, Qarabağın erməni səhifəsi hələ bağlanmayıb”.