• 1 İyul 2025
logo
Bortnikov Bakıda elan etdi: MKİ buna çalışır

Bortnikov Bakıda elan etdi: MKİ buna çalışır

Kollektiv Qərb beynəlxalq hüququn müəyyən edilmiş normalarına məhəl qoymayaraq, MDB ölkələri və onların qonşuları arasında mövcud dostluq münasibətlərinə zərbə vuraraq, şantaj və qorxutmağın ən təsirli formalarını axtarır.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının Bakıda keçirilən iclasında deyib.

“ABŞ və onun müttəfiqləri MDB ölkələrində vəziyyəti pozmaq və mövcud inteqrasiya formatlarını: MDB, Aİİ, KTMT və ŞƏT-i məhv etmək üçün genişmiqyaslı səylərə başlayıblar. Əfqanıstanda vəziyyətin sabitliyinin pozulmasında aparıcı rolu Amerika və Britaniya kəşfiyyat xidmətləri oynayır. MKİ və Mİ-6 Əfqanıstanın bir sıra mühüm əyalətlərində kəşfiyyat varlığını bərpa edir. Amerika bazalarının ölkəyə qaytarılması məsələsinə baxılır. Əsas səylər MDB-nin cənub sərhədlərində qeyri-sabitlik kəmərinin formalaşmasına yönəlib. Bu məqsədlə İraq, Suriya, eləcə də bir sıra digər Asiya və Afrika ölkələrində fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarından yaraqlıların cəlb edilməsi, habelə Əfqanıstanın şimalına köçürülməsi davam edir”, - o bildirib.