Qarabağdakı qələbəmizdən məyus olan qüvvələr siyasi meydandan çıxacaqlar. Bunun ardınca rus sülhməramlıları da ərazimizdən çıxacaqlar.
Baymedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, biz yeni bir eranı yaşayırıq:
“Artıq təqvimimizdən hüznlü günləri çıxarmalıyıq. Qalib xalq, dövlət olaraq ancaq Zəfərlə bağlı tarixləri qeyd etməliyik”.