• 5 Oktyabr 2023
logo
Antiterror tədbirləri məcburi xarakter daşıyır - Korotçenko

Antiterror tədbirləri məcburi xarakter daşıyır - Korotçenko

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazisində başlatdığı antiterror tədbirləri məcburi xarakter daşıyır. Antiterror tədbirləri bu gün erməni diversiya qrupları tərəfindən törədilən terror aktları ilə bağlıdır”.

Baymedia.az-ın Report-a istinadən məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, hazırda istehkamlara, ordunun rabitə mərkəzlərinə, separatçıların hərbi texnikasına və Ermənistan ordusunun Qarabağda olan hissələrinə zərbələr endirilir:

“Azərbaycanın məqsədi və vəzifəsi mülki obyektlərə və mülki əhaliyə dəyən ziyanı minimuma endirmək və ya ümumiyyətlə istisna etmək, düşmənin silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtələrini və hərbi obyektlərini məhv etməkdir”, - ekspert vurğulayıb.