• 19 Mart 2024
logo
Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçildi

Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçildi

Bolqarıstanın Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası başlayıb.

Bu barədə Baymedia.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

İyunun 1-də iclas çərçivəsində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilən seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.

"Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik", - XİN-dən bildirilib.

İclas bu gün başa çatacaq.