• 23 Oktyabr 2024
logo
Baş nazir müavinləri bu məsələni müzakirə edəcək

Baş nazir müavinləri bu məsələni müzakirə edəcək

Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan Azərbaycan və Rusiyadan olan həmkarları ilə bu həftə keçirilməsi planlaşdırılan görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.
Baymedia.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında kommunikasiyaların açılmasına dair fikir mübadiləsinin aparılacağını və bunun da gündəlikdə yeganə məsələnin olduğunu deyib.
Qeyd edək ki, daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk belə bir görüşün bu həftə ərzində baş tutacağını söyləmişdi.