• 23 Oktyabr 2024
logo
Paşinyan britaniyalı nazirlə sərhədi müzakirə etdi

Paşinyan britaniyalı nazirlə sərhədi müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti ilə görüşüb.
Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional nəqliyyat və iqtisadi infrastrukturun blokadadan çıxarılması, sərhədin delimitasiyası və Ermənistanla Azərbaycan arasında sərhədin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunulub.