• 19 İyul 2024
logo
Prezident Sultan Hacıyevə iki yüksək vəzifə verdi

Prezident Sultan Hacıyevə iki yüksək vəzifə verdi

Sultan Ağami oğlu Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Baymedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Ağami oğlu Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilib.