• 23 İyul 2024
logo
Tehranın Bakıya yeni hücumu: terrorçu və diplomat…

Tehranın Bakıya yeni hücumu: terrorçu və diplomat…

İranın Azərbaycanın 4 diplomatını “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etdiyinə dair məlumatlar yayılıb. Bu, Bakının analoji addımına cavab kimi görünür, lakin həm də Bakı-Tehran xəttində “müvəqqəti elan edilmiş atəşkəsin pozulması” kimi qiymətləndirilə bilər.
Baymedia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Azərbaycanın 4 diplomatının (onlardan ikisi – Tehran səfirliyinin əməkdaşları zatən ölkəmizdədir, digər iki diplomat isə Təbriz konsulluğunun əməkdaşıdır – red.) İrandan çıxarılması haqda yayılan informasiyalara münasibətində qeyd edib.
“Əliyevin Şuşada verdiyi açıqlamalar Tehranın Bakının tələblərini icra etmədiyini, bu baş vermədiyi müddətdə münasibətlərin düzəlməsinin də sual altında olduğu fikrini önə çıxardı. Bununla yanaşı, İranda “Hüseyniyyun” qruplaşmasının saxlanılan üzvlərinin azadlığa buraxılması və mollalarla poz verməsi də Tehranın yenidən hücuma keçməsi ehtimalını artırır”.