• 25 Aprel 2025
logo
Vahid Əhmədov cəzalandırıldı

Vahid Əhmədov cəzalandırıldı

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Baymedia.az Report-a istinadla xəbər verir ki, toplantıda deputat Vahid Əhmədovla bağlı məsələ müzakirə olunub.
İclas saat 15:00-da başlayıb və artıq yekunlaşıb.
Deputat Vahid Əhmədova cəza verilib, ona töhmət elan olunub.
Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib.