• 29 Mart 2024
logo
Xocalı üçün ədalət tələb edirik – MÜSİAD-ın Azərbaycan rəhbəri

Xocalı üçün ədalət tələb edirik – MÜSİAD-ın Azərbaycan rəhbəri

Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Abdurrahman Uzun Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar olaraq açıqlama verib.

Trend-in məlumatına görə, A.Uzun deyib:

"1992-ci il 26 fevralda Xocalıda yaşayan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Yaşanan soyıqırımından 28 il keçir.

Ermənilərin qadın və uşaqlara məhəl qoymadan həyata keçirdikləri bu qətliam insanlıq tarixinin qara ləkəsidir.

O vaxt Ermənistanın müdafiə naziri olan Serj Sarksyan İngilis jurnalist Tomas de Vala verdiyi müsahibədə “Xocalıda yaşayan Azərbaycanlılar , ermənilərin mülki vətəndaşlara zərər vurmayacağını düşünürdü. Biz bu stereotipi qırıdıq” – ifadələri Ermənistan hakimiyyətinin qətliamı bilərəkdən və düşünülmüş şəkildə etmələrinin etirafıdır.

Xocalıda baş verənlər, 1949-cu il Cenevrə Konvensiyaları, BMT-nin (BMT) Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar Konvensiyası, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftara və ya cəzaya qarşı Konvensiya və Uşaq hüquqları haqqında Konvensiyaların pozulması kimi dəyərləndirir və beynılxal ictimaiyyətdən cinayətkarların və beynəlxalq ictimaiyyətdən cinayətkarların cəzalandırmalarını tələb edirik.

MÜSİAD olaraq, bir daha azərbaycanlı qardaşlarımızın bu ədalətli mübarizəsində onlarla birlikdə olduğumuzu qəbul edirik və qətliamı həyata keçirən qanun qarşısında cavabdeh olmasını tələb edirik".

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.