• 19 Mart 2024
logo
Ermənistandan delimitasiya ilə bağlı açıqlama

Ermənistandan delimitasiya ilə bağlı açıqlama

Ermənistan tərəfinin delimitasiya və demarkasiya komissiyasının işi dalana dirənməyib, müzakirələr və daxili iş gedir.
Baymedia.az xəbər verir ki, bu sözləri Ermənistanın ədliyyə naziri, komissiyanın üzvü Qriqor Minasyan hökumətin iclasında deyib.
“Ermənistanda komissiya kifayət qədər böyük həcmdə işlər aparır”, - Minasyan qeyd edib.
O, təfərrüat barədə danışmayıb.
Xatırladaq ki, 2022-ci il mayın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında qərar imzalayıb, onun sədri baş nazirin müavini Mger Qriqoryandır.