• 26 Aprel 2024
logo
Araik ümidsiz vəziyyətdədir, “istefaya” hazırlaşır

Araik ümidsiz vəziyyətdədir, “istefaya” hazırlaşır

Qarabağ separatçılarının lideri Araik Arutyunyan bundan sonra necə davranacağı ilə bağlı Moskvadan göstəriş gözləyir.
Baymedia.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Paşinyanla son görüşdən sonra o, ümidsiz halda Qarabağa qayıdıb. Çünki Nikol Bakının Azərbaycana inteqrasiyanın alternativi olmadığı barədə tezisləri Araikə hərfi şəkildə izah edib. Arutyunyan hesab edir ki, onun “prezident” kimi işi bitib və istefaya getmək lazımdır. Separatçıların “siyasi çevrələrində” onun ya Moskva vasitəsilə fikrindən daşınacağı, ya da istefa məktubu yazacağını istisna etmirlər”, - məlumatda deyilir.