• 18 Aprel 2024
logo
Səfirlikdən Türkiyədəki vətəndaşlarımıza müraciət

Səfirlikdən Türkiyədəki vətəndaşlarımıza müraciət

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.

Baymedia.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

“Qəhramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, - səfirlikdən qeyd olunub.

Qeyd edək ki, bu gecə Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, 76 nəfər ölüb.